Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 23:07

ABŞ-ın maliyyə nazirliyi Rusiyaya qarşı sanksiyaları kənsinləşdirdi


Foto arxiv

ABŞ-ın maliyyə nazirliyi Rusiya və Ukraynadakı bir sıra fiziki şəxslərə qarşı sanksiyaları kəskinləşdirdi.

Nazirliyin rəsmi saytında yerləşdirilən “qara siyahı”ya özəl hərbi “Vaqner” şirkəti və onun güman edilən rəhbəri Dimitri Utkin, Putinin aşbazı olduğu bildirilən Evqeni Priqojinin “Konkord” şirkəti, “Gecə canavarları” nın lideri Aıeksandr Zaldostanovun“Volk” mühavizə müəssisəsi və digər fiziki şəxslər daxildir.

Həmçinin sanksiyalara Krımdakı bir neçə bank, Krımın baş prokuroru, Donetsk və Luqansk, Ukraynanın şərqində fəaliyyət göstərən onlarla separatçıya şamil edilir.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki müharibəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Qərb Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG