Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 22:13

Gəncədə Amerika Guşəsi açılıb


Gəncədə Amerika Guşə. 20 iyun 2017

Bu gün, iyunun 20-si ABŞ-ın Azərbaycandakı səfirliyi Gəncə şəhərində Amerika Guşəsinin açılışını qeyd edib.

Bu haqda səfirliyin məlumatında bildirilir.

Səfir Robert Sekuta-nın açılış nitqi ilə başlayan mərasimə Gəncə şəhəri İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də qatılıblar.

Səfirlik guşədəki kitabxanaya yeni avadanlıq, texnika və lazımı materialları hədiyyə edib.

Buna da bax:​ Robert Sekutanın cənub rayonlarına səfəri davam edib

Guşə ingilis dilini öyrənmək istəyənlər və təhsil proqramlarından ötrü yay vaxtı açıq olacaq.

Səfir R.Sekuta, mərasimdə mübadilə proqramlarının məzunları ilə görüşüb.

O, ABŞ-da aldıqları təhsilin onların karyeralarında nə dərəcədə əhəmiyyətli olduğu və məzunların Gəncədə çalışarkən yerli icmadan ötrü nə edə bildikləri barədə maraqlanıb.

Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional guşələr də daxildir.

Buna da bax:​ Bu filmdə gələcəyi tamaşaçılar müəyyən edir - Dünyanın ilk interaktiv filmi...

Bu guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyalar layihələrində iştirak etmək imkanlarını yaradır.

Günün bütün mövzuları

XS
SM
MD
LG