Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 09:35

İndi isə Jose Mourinho vergi qalmaqalı ilə üzləşib


Jose Mourinho

Madrid prokurorluğu indi də baş məşqçisi Jose Mourinho-nu vergidən yayınmaqda şübhəli bilir.

Qərb mətbuatının yazdığına görə, söhbət 2011-2012-ci illərdə "Real"ı çalışdırarkən onun 3.3 milyon avro vergidən yayınmasından gedir.

54 yaşlı Mourinho hazırda İngiltərənin “Mançester Yunayted” klubunu çalışdırır.

Onun 2011-ci ildə 1,6 milyon,2012-ci ildə isə 1,7 milyon avronu vergidən yayındırdığı güman edilir.

Qeyd edək ki, bundan əvvəl Lionel Messi və Cristiano Ronaldo da eyni ittihamla üzləşiblər.

Qeyd edək ki, İspaniyanın Ali Məhkəməsi Mayın 24-də Messi və atası Xorxe Horacio Messiyə gəsilmiş həbs cəzasını qüvvədə saxladı.

Onlar 41, milyon avronu vergidən yayındırmaqda təqsirli biliniblər.

Hər ikisinə 21 aylıq həbs cəzası kəsilib, amma İspaniya qanunlarına görə cəza iki ildən azdırsa, sınaqmüddətli şərti cəza ilə əvəz oluna bilər.

"Real"ın futbolçusu Kriştiano Ronaldo isə iyulun 31-də eyni ittihamla məhkəmə qarşısına çıxacaq.

Onun 2011-2014-cü illərdə 14.7 milyon avronu vergidən yayındırdığı iddia olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG