Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:44

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti dörd “Boeing 787-8 Dreamliner” təyyarəsi alır.

Hər halda, şirkət Paris aviasalonunda təxminən 918 milyon dollar həcmində qiymətləndirilən təyyarələri almaq niyyətini elan edib.

Bu haqda AZAL-ın məlumatında deyilir.

Buna da bax:​ İran 3 milyard dollarlıq 'Boeing' sazişindən arxayındır

Təyyarələrin sifarişi və tədarük tarixləri barədə məlumat tam təsdiqləndikdən sonra "Boeing" Korporasiyasının rəsmi saytı detallı bilgi verəcək.

“Yeni "787-Dreamliner" təyyarələrinin sifarişi barədə qərar AZAL-a gələcək inkişafda böyük imkanlar açır. MDB məkanında aparıcı aviadaşıyıcılardan biri olaraq, müasir "Boeing 787" təyyarələrinin bizə təqdim etdiyi imkanlar sayəsində marşrut şəbəkəmizin genişləndirilməsini səbirsizliklə gözləyirik”, AZAL-ın prezidenti Cahangir Əsgərov yeni niyyətlərini belə dəyərləndirib.

Buna da bax: AZAL-ın qiymətlərini 'Silkway' bahalaşdırır [qısa araşdırma]

“Boeing” Korporasiyasının Yaxın Şərq, Türkiyə, Rusiya və Mərkəzi Asiyada satış məsələləri üzrə vitse-prezidenti Marti Bentrott isə qeyd edib ki, bu saziş şirkətin AZAL ilə tərəfdaşlığında yeni səhifə açır.

AZAL-ın təyyarə parkı 25 hava gəmisindən ibarətdir. Onların sırasına iki "Boeing 787-Dreamliner", habelə "Boeing 767" və "Boeing 757" təyyarələri daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG