Kənd Təsərrüfatı Nazirliyi «Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi» MMC-nin fəaliyyətində nöqsanlar aşkarlayıb.
Nazirliyin mətbuat xidmətində «Turan» agentliyinə deyiblər ki, nöqsanlar maliyyə-təsərrüfat fəaliyyətinin auditi zamanı aşkar edilib.
Materiallar hüquqi qiymət verilməsindən ötrü Baş Prokurorluğa göndərilib.
Qəfil yoxlamanın səbəbi və detalları açıqlanmır.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna 19 kənd təsərrüfatı müəssisəsi daxildir. «Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi» MMC yerli cins qoyunların çoxaldılması üzrə damazlıq təsərrüfatıdır.
Hələlik, bu MMC-dən nazirliyin açıqlamasına münasibət bildirilməyib.