Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 07:16

Fransa polisi Parisdə terror aktı törədənin kimliyini müəyyən edib


Foto arxiv

Fransa polisi bazar ertəsi Yelisey küçəsində polis maşınına çırpılan avtomobilin sürücüsünün kimliyini müəyyənləşdirib.

O, 31 yaşlı Adam Dzaziri-dir.

Onun silah gəzdirmək icazəsi varmış və idman klubunda atıcılıqla məşğul imiş.

Bu barədə iyunun 20-da France-Press agentliyi istintaqa istinadla məlumat yayıb.

Məlumata görə o, radikal islamçılarla əlbir olmaqda şübhəli bilinirmiş və nəzarət altında imiş.

Müstəntiqlər axtarış vaxtı onun evində silah anbarı aşkar edib.

Əməliyyat zamanı polis onun qohumlarını dindirib, atası, keçmiş həyat yoldaşı, qardaşı və digər qadın qohumunu saxlayıb.

Dzaziri iyunun 19-da “Renault Megane” avtomobilini polis maşınına çırpıb.

Nəticədə onun özü hadisə yerində ölüb, ayrı xəsarət alan yoxdur.

Polis onun maşınında Aavtomat Kalaşnikov, tapancalar və benzin dolu butulka aşkar edib.

İstintaqı Paris prokurorluğunun antiterror şöbəsi aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG