Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 22:54

Vaşinqton Suriyada özü və müttəfiqlərinin maraqlarını qoruyacağını deyir


Sean Spicer

“ABŞ və radikal islamçılara qarşı mübarizə aparan beynəlxalq koalisiyanın özünümüdafiə hüququ var”.

Rusiya bundan əvvəl koalisiya qüvvələrinə məxsustəyyarələrin izlənıcəyini bəyan edib.

Ağ Evin sözçüsü Şon Spaysersə (Sean Spicer) bildirib ki, Vaşinqton ABŞ və onun koalisiyadakı müttəfiqlərinin maraqlarını qorumaq üçün bütün tədbirlərə əl atacaq.

Amma o, eyni zamanda qeyd edib ki, Suriyadakı Rusiya komandanlığı ilə əlaqəni saxlamaq üçün bütün lazımi tədbirlərə əl atılmalıdır.

Qeyd edək ki, ABŞ-ın F-18 qırıcı təyyarəsi ötən bazar günü Suriyanın Su-22 qırıcı-bombardmançı təyyarəsini Raqqa şəhəri yaxınlığında vurub.

ABŞ hərbçilərinin sözlərinə görə Suriya təyyarəsi hərbçiləri vasitəsi ilə xüsusi kanalla onlara verilən xəbərdarlığa məhəl qoymadığına görə vurulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG