Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:41

Keçmiş müstəntiqi öz məhkəməsinə gətirmədilər


Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri

İyunun 20-də Ali Məhkəmədə siyasi bəyanatla Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdikdən sonra həbs olunan Rüfət Səfərovun kassasiya şikayətinə baxılıb.

Sabiq müstəntiq özü də, vəkili Bəhruz Bayramov da R.Səfərovun özünün də məhkəmədə iştirakı üçün Ali Məhkəməyə yazılı müraciət edib. Buna baxmayaraq, onu məhkəməyə gətirməyiblər.

Kassasiya şikayətinə baxan hakim Gülzar Rzayeva bildirib ki, R.Səfərovun gətirilməsi üçün müvafiq orqana məktub göndərilib, amma naməlum səbəbdən qərar yerinə yetirilməyib.

Sabiq müstəntiqin müdafiəsinə sonradan qoşulan daha iki vəkil - Fariz NamazlıYalçın İmanov məhkəməyə müraciət edərək, iş materialları ilə tanışlıq üçün vaxt istəyib. Bu səbəbdən də məhkəmə iyulun 11-nə qədər təxirə salınıb.

Hakim bildirib ki, növbəti məhkəmədə R.Səfərovun özünün də iştirakı təmin olunacaq.

XATIRLATMA

R.Səfərov keçmiş deputat, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. 2015-ci ilin dekabrında R.Səfərov hüquq-mühafizə orqanlarının işi ilə bağlı hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov prokurorluq işçisinə yaraşmayan hərəkətə görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.

2016-cı il dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun apellyasiya şikayətini təmin etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG