Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 00:41

Baş nazirin müavini 'qara mühasibat'dan danışdı


Əli Əhmədov

Bu gün, iyunun 20-si Sumqayıtda «Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası» mövzusunda tədbir keçirilib.

APA-nın xəbərinə görə, baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib ki, Azərbaycanda məşğul əhalinin sayı 4.6 milyon nəfərdir:

«Məşğul əhalinin 33 faizi əmək münasibətləri ilə tənzimlənib. Başqa sözlə, məşğul əhalinin 67 faizi əmək münasibətləri ilə tənzimlənmir».

Baş nazirin müavini vurğulayıb ki, bu sahədə hökuməti narahat edən əsas problemlərdən biri də «qara mühasibatlıq»ın mövcudluğudur.

Komissiya sədrinin deməsinə görə, bəzən işəgötürənlər işçilərin hüquqlarını lazımi səviyyədə qoruya bilmirlər:

«Bu səbəbdən əmək münasibətlərinin tənzimlənməsinə ciddi fikir veririk ki, gələcəkdə pensiya alanların hüquqları pozulmasın. Bu, tamamilə ədalətli yanaşmadır. Bunu aradan qaldırmaq üçün yollar tapmalıyıq. Əks təqdirdə, pensiya yaşına çatanda dövlət onları yenidən sahibkarların üstünə göndərəcək və haqlarını tələb etməyi xahiş edəcək. Gələcəkdə onların pensiyalarını ödəməyə hazırsınızmı? Onlar sizləri məhkəməyə verərək öz haqlarını tələb edəcəklər. Vətəndaşın buna tam ixtiyarı var. Bu baxımdan sahibkarlar zəruri addımları indidən atmalıdır. Niyyətimiz sahibkarlığın genişləndirilməsidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG