Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 10:58

'Rosatom' 'Akkuyu' layihəsindəki payını türk şirkətlərinə satır


Rosatom

Rusiyanın dövlət nüvə enerjisi konqlomeratı olan «Rosatom» Türkiyənin cənubundakı nəhəng nüvə layihəsindəki payını türk investorlara satıb. «Akkuyu» layihəsindəki 49 faizlik payın satışı iyunun 19-da elan olunub.

Məbləği açıqlanmayan sövdələşmə 3 elektrik distribütoruyla aparılıb: «Cengiz», «Kolin» və «Kalyon».

«Rosatom» investisiya razılaşmasının ilin sonunadək imzalanacağını bildirir.

«Rosatom» 2015-ci ilin aprelində dörd fazalı atom elektrik stansiyasının tikintisinə başlayıb. Layihə 20 milyard dollar məbləğində dəyərləndirilir.

Stansiyanın açılışı 2023-cü ilə planlaşdırılıb. «Rosatom» layihədəki 51 faizlik payını saxlayıb.

«Akkuyu» Türkiyənin Aralıq dənizi sahilində ilk atom elektrik stansiyasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG