Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 06:47

Naxçıvanda 93 kiloqram heroin tutulub


Sərhəddə narkotik axtarışı (arxiv fotosu)

Naxçıvan Muxtar Respublikasındakı (NMR) "Şahtaxtı" gömrük-sərhəd keçid məntəqəsində 93 kiloqram heroinin keçirilməsinin qarşısı alınıb.

Bu haqda Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, narkotik maddə Türkiyə vətəndaşının idarə etdiyi "Volvo" markalı yük maşınında aşkar edilib.

Buna da bax:​ Tofiq Zülfüqarov: 'Vəziyyət təhlükəli həddə çatıb'

Rentgen qurğusu vasitəsilə baxış zamanı gizli saxlanc yerində 180 bükümdə qablaşdırılmış ümumi çəkisi 93 kq heroin aşkar edildiyi bildirilir.

Yük maşınının NMR ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə getdiyi söylənir.

Fakt üzrə araşdırma aparılır. Saxlanan Türkiyə vətəndaşının və ya vəkilinin olayla bağlı izahatı, hələlik, açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG