Keçid linkləri

2017, 29 İyun, Cümə axşamı, Bakı vaxtı 05:59

'Qarabağ'ın rəqibi Gürcüstandadır...


«Qarabağ»-«İnter» oyunu. 2014

Bu gün, iyunun 19-da İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 2017-2018 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq Ağdamın «Qarabağ» klubunun rəqibi bəlli olub.

«Qarabağ»ın mümkün rəqibləri «Jalgiris» (Litva), «Buduçnost» (Monteneqro), «Düdelanj» (Lüksemburq), «Samtredia» (Gürcüstan) klubları olub.

Püşkatma zamanı Gürcüstanın «Samtredia» klubu «Qarabağ»a rəqib düşüb.

Komandalar arasında ilk qarşılaşma iyulun 11-12-də, cavab qarşılaşması isə iyulun 18-19-da keçiriləcək.

«Qarabağ» ilk oyunu evdə oynayacaq.

«Qarabağ» bu il Azərbaycan çempionu olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG