Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 22:59

Ötən il 66 milyon nəfər didərgin düşüb


Suriyalı qaçqınlar

Ötən il evindən didərgin düşənlərin sayı 66 milyon nəfərə çatıb. Bunun bir səbəbi Cənubi Sudanda münaqişənin qızışmasıdır.

BMT-nin qaçqınlar üzrə agentliyi iyunun 19-da yaydığı hesabatda belə deyir.

2016-cı ilin sonunda köçkünlərin sayı bir il öncəkindən 300 min nəfər çox idi. Bu, əvvəlki dörd ilə nisbətən kiçik artım sayılır. Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı söyləyib.

Köçkünlərə qaçqınlar, sığınacaq axtaranlar, öz ölkəsində ev-eşiyindən didərgin düşənlər daxildir.

«Əvvəlki ilə nisbətən artım az olsa da, bu nisbətən sabit rəqəmlər durumun çox qeyri-sabit olduğunu göstərir», – komissar Filippo Grandi deyib.

2016-cı ildə 10.3 milyon nəfər köçkünə çevrilmiş, onlardan 2/3-si ölkəsindən qaçmışdı.

Suriyada altı ildir davam edən vətəndaş müharibəsi köçkünlüyün ən böyük mənbəyi olaraq qalır. Əhalisinin 2/3-si – 12 milyon nəfər köçkündür.

Sonrakı yerləri 7.7 milyon kolumbiyalı, 4.7 milyon əfqan, 4.2 milyon iraqlı və 3.3 milyon cənubi sudanlı köçkün tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG