Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 03:27

Bu gün, iyunun 19-u Azərbaycan müdafiə naziri Zakir Həsənov da ATƏT-in Minsk qrupunun həmsədrləri Stephane Visconti (Fransa), Igor Popov (Rusiya), Richard Hoagland (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk ilə görüşüb.

Müdafiə Nazirliyinin xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.

+++

Azərbaycan prezidenti İlham Əliyev iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Stephane Visconti-ni, Igor Popov-u, Richard Hoagland-ı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk-i qəbul edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Ancaq, hələlik, görüşün detalları açıqlanmır.

+++

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları davam etdirmək məqsədilə iyunun 19-da Azərbaycana gəlirlər.

Vasitəçilər Azərbaycana Ermənistandan gələcəklər.

Onlar həmçinin, bundan əvvəl işğal nəticəsində separatçı qüvvələrin nəzarətində olan Dağlıq Qarabağa səfər ediblər.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılaşmasına kimi Ermənistan və separatçı qüvvələr Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon, bundan əlavə daha bir neçə kəndi işğal ediblər.

1996-cı ildən Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya qrupun həmsədrləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG