Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 20:21

İran Suriyanın şərqinə raketlər ataraq «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasını hədəfə alıb. Bu qruplaşma bu yaxınlarda İran parlamenti və Tehranda ziyarətgaha hücumların arxasında durub.

İslam İnqilab Keşikçiləri Qvardiyası (IRGC) iyunun 18-də bildirib ki, İranın qərbindən Suriyanın şərqindəki Deyr əz-Zor regionuna ortamənzilli «yer-yer» tipli raketlər atılıb və «xeyli sayda» terrorçu məhv edilib.

IRGC raketlərin «təkfiri» terrorçularının qərargahlarını və toplanma mərkəzlərini hədəflədiyini bildirir.

Bəyanatda deyilir ki, «təmiz qanın tökülməsi cavabsız qalmayacaq».

Şiə ölkəsi olan İran sünni müsəlman radikallara «təkfirilər» deyir.

İran Suriyada prezident Bashar al-Assad-ı dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG