Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 07:59

ABŞ qırıcısı Suriya hökumət təyyarəsini vurub


Foto illüstrasiya

ABŞ qırıcısı Suriya hökumətinə məxsus hərbi təyyarəni vurub. Səbəb həmin təyyarənin Raqqa şəhərinin cənubunda «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla vuruşan qüvvələrə hücum etməsi olub.

Bu haqda iyunun 18-də Suriyadakı ABŞ koalisiyası məlumat yayıb.

Bəyanatda deyilir ki, Suriya rejiminə məxsus SU-22 təyyarəsi İŞİD-lə savaşan SDF döyüşçülərinin yaxınlığına bombalar atıb. SDF Suriya ərəbləri və kürdlərdən ibarət koalisiyadır. Onları ABŞ koalisiyası dəstəkləyir.

Suriya ordusunun məlumatına görə, təyyarə dağılıb, pilotsa Rasafah kəndi yaxınlığında itkin düşüb. Ordu bu hücumu özünün ərazidə terrorçuluqla mübarizə cəhdlərinə zərbə vurduğunu bildirir.

«Bu həm də Suriya ordusu və müttəfiqlərinin DAEŞ (İŞİD) terror qrupuyla mübarizədə irəlilədiyi bir vaxtda baş verir», – bəyanatda deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG