Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 09:04

Kiyevdə cinsi azlıqların yürüşündə dava düşdü (VİDEO)


Kiyev-cinsi azlıqların yürüşü

İyunun 18-də Ukraynanın paytaxtı Kiyevdə cinsi azlıqlara dəstək aksiyası keçirilərkən polislə radikal qüvvələr arasında toqquşma olub.

Saçıların əvvəlcədən hədələrinə görə təhlükəsizlik qüvvələri bütün yürüş boyu aksiyaçıları müşaiyət ediblər.

Amma buna baxmayaraq “Sağ Sektor” və digər radikal təşkilatların üzvləri yürüşə mane olmaq istəyib və bu vaxttoqquşma baş verib.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq radikallardan bir neçəsi aksiyaçılara hücum çəkə bilib.

Ukraynada cinsi azlıqların yürüşü
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Polis “Ukrayna millətçiləri təşkilatı”nın azı 6 üzvünü həbs edib.

“Hamının ölkəsi” devizi altında keçirilən aksiyada “İnsan haqları hər şeydən alidir” kimi şüarlar səslənib.

Kiyevdə 4-cü dəfədir ki, keçirilən builki yürüşün uzunluğu 1 kilometrdən bir qədər artıq olub.

Polisin məlumatına görə aksiyasa 2 500-dək adam iştirak edib.

Aksiyanın əlehdarları yürüş bitdikdən sonra cinsi azlıqları təqib etməyə cəhd göstərəsələr də təhlükəsizlik qüvvələri buna imkan verməyib. Onlar xüsusi avtobusllarla Kiyevin mərkəzindən çıxarıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG