Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 15:06

İranla Çin Fars körfəzində birgə hərbi təlim keçiriblər


Foto arxiv

İranla Çin Fars körfəzindəki Hörmüz boğazı yaxınlığında birgə hərbi təlim keçiriblər.

İyunun 18-də keçirilən hərbi təlim Fars körfəsində ABŞ və İran hərbçiləri arasında gərgilik fonunda baş verib.

İRNA agentliyinin məlumatına görə, hətbi təlimdə İranın 1 hərbi gəmisi, həminin Çinin 2 hərbi gəmisi və hərbi vertolyotu iştirak edib.

Agentlik bildirir ki, birgə hərbi təlimdə İran hərbi dəniz donanmasından 700-dək hərbçi iştirak edib və bu 2014-cü ildən bu yana tərəflərin keçirdiyi ilk birgə təlimdir.

Qeyd edək ki, son illər Fars görfəzində ABŞ və İran gəmiləri arasında müəyyən gərginlik müşahidə olunur.

Dənizlə daşınan neftin demək olar ki, 1/3 Hörmüz boğazından keçir.

Günün bütün mövzuları

XS
SM
MD
LG