Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 13:52

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək


Foto arxiv

İyunun 26-sı saat 11.00-da Azərbaycandakı bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınlarından ötrü“Açıq qapı” təşkil olunacaq.
Müdafiə Nazirliyinin məlumatına görə, həmin gün gələnlər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış ola bilərlər.

Onlar xidməti, inzibati binalara,əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq. Həmin gün,konsert proqramları və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

İyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələrin yaranma günüdür. Həmin gün Silahlı Qüvvələrin bayramı sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG