Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 06:48

İŞİD-i Suriya ilə sərhəddəki əsas məntəqədən çıxarırlar


İraqda döyüşlər davam edir, 15 iyun 2017

İraq qüvvələri və sünni döyüşçülər İslam Dövləti (İŞİD) ekstremistlərini Suriya ilə sərhəddəki Al-Waleed keçid məntəqəsindən çıxarıblar. Bu haqda İraq ordusu məlumat yayıb. Qeyd edək ki, həmin ərazinin İŞİD-in əlinə keçməsindən düz 3 il keçir.

İyunun 17-də yayılmış bəyanatda qeyd olunur ki, əməliyyatı ABŞ və İraq təyyarələri quru qüvvələrinin dəstəyilə gerçəkləşdirib.

Buna da bax:​ Suriya Daraada 48 saatlıq atəşkəs elan edir

Al-Waleed Suriyanın Al-Tanf sərhəd şəhərinin yaxınlığındadır və burada yerləşən ABŞ bazası İŞİD-ə, eləcə də Suriya prezidenti Bashar al-Assad hökumətiylə savaşan qüvvələrə yardım edir.

Al-Waleed 2014-cü il iyunun 22-də İŞİD-in əlinə keçib və bununla da qruplaşma İraq-Suriya sərhədinə nəzarəti ələ alıb. O zaman qruplaşma sərhədi ləğv edərək iki ərəb ölkəsinin ərazisində “xilafət” quracağını deyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG