Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 06:47

Suriya Daraada 48 saatlıq atəşkəs elan edir


Suriyanın Daraa şəhərində gedən döyüşlər zamanı, 11 iyun 2017

Suriya ordusu cənubi Daraa şəhəri ətrafında hökumətlə vuruşan üsyançılara qarşı əməliyyatlarda 48 saatlıq atəşkəs elan edib.

Atəşkəs iyunun 17-də yerli vaxtla günorta 12-dən elan olunub və məqsədinin “milli barışıq cəhdlərinin dəstəklənməsi” olduğu bildirilib.

Londonda mənzillənən Suriya İnsan Haqları Təşkilatı da atəşkəsə əməl olunduğunu qeyd edib.

Buna da bax:​ İŞİD-i Suriya ilə sərhəddəki əsas məntəqədən çıxarırlar

ABŞ Dövlət Departamenti bunu alqışlayıb və müxalifəti də atəşkəs elan etməyə, humanitar yardımın mülki şəxslərə çatdırılmasına imkan verməyə çağırıb.

Son həftələr Suriya ordusu İranın dəstəklədiyi döyüşçülərlə birlikdə üsyançıların əlində olan Daraanı tutmaqdan ötrü əməliyyatları gücləndirib.

İyunun 17-də BMT elan edib ki, iyulun 10-da Cenevrədə Suriya prezidenti Bashar al-Assad hökuməti və ona qarşı savaşan qüvvələr arasında danışıqların daha bir raundu keçiriləcək.

Buna da bax: Trump Suriyada 'azad zona' yaradacağını deyir

Moskva isə iyulun 4-5-də Qazaxıstanın paytaxtı Astanada danışıqlar təşkil etməyə ümid edir.

6 ildir davam edən Suriya münaqişəsində yüz minlərlə adam ölüb, 11 milyondan çox adam evindən didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG