Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 06:48

London yanğınında ölənlərin sayı 58-i keçib


Londonda çoxmərtəbəli bina yanğından sonra. 15 iyun 2017

Bu həftə Londonda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında azı 58 nəfər həlak olub. Baş nazir Theresa May etiraf edib ki, bu hadisədən sonra hökumətin göstərdiyi reaksiya elə də adekvat olmayıb.

Baş nazir faciə zamanı fövqəladə xidmətlərin, Milli Səhiyyə Xidmətinin, eləcə də yerli sakinlərin işini “qəhrəmanlıq” adlandırıb. Ancaq hadisədən sonra hökumət rəsmilərinin göstərdiyi dəstəyin yarıtmaz olduğunu vurğulayıb.

“Faciədən sonrakı saatlarda köməyə, yaxud ilkin informasiyaya ehtiyacı olanlara yerində yardım elə də yaxşı olmayıb”, – May iyunun 17-də deyib.

Buna da bax:​ Londonda 27-mərtəbəli bina yanır [video]

Londonda yanan çoxmərtəbəli bina, 14 iyun 2017
Londonda yanan çoxmərtəbəli bina, 14 iyun 2017

Yanğından sonra hökumətin davranışı hazırda ölkədə ciddi tənqid olunur. May rəsmi iqamətgahında yanğından salamat çıxanlar və icma liderləriylə iki saatlıq görüş keçirib.

Polis yanğında 58 nəfərin öldüyünü bildirir. Azı 19 nəfər xəstəxanadadır, onlardan 10-nun durumu ağırdır.

Polis komandiri Stuart Cundy deyib ki, ölü sayı arta bilər və binada ölənlərin hamısını tapmaq, yaxud kimliklərini müəyyənləşdirmək həftələr, hətta daha çox çəkə bilər.

Buna da bax: Londondakı yanğında ölənlərin sayı 30-a çatıb

Həmin binada daha çox aşağı gəlirli ailələr yaşayırdılar. Binadakı 120 mənzildə 600 nəfər qalırmış.

Bir gün öncə May evlərini itirmiş ailələrə kömək məqsədilə 6,4 milyon dollar ayrılması haqda göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG