Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 11:51

Fransada parlament seçkisinin ikinci raundudur


Fransada parlament seçkiləri. 11 iyun 2017

İyunun 18-də Fransada parlament seçkisinin ikinci raundu keçirilir. Rəy sorğuları prezident Emmanuel Macron-un qələbə qazanacağını göstərir.

39 yaşlı Macron bir ay öncə prezident seçkisində ifrat sağçı Marine Le Pen üzərində qələbə çalıb.

Onun yenicə formalaşdırdığı İrəli, Respublika (Republic on the Move) partiyasının Milli Assambelaydakı yerlərin 80 faizini, 577 yerin 470-ni qazanacağı proqnozlaşdırılır.

Buna da bax:​ Fransa prezident seçkisinin ikinci turunda Macron və Le Pen üzləşəcəklər

Seçki məntəqələri yerli vaxtla səhər 8-də açılır və kiçik şəhərlərdə axşam 6-da bağlanır. Paris və böyük şəhərlərdə isə məntəqələr axşam 8-də bağlanır.

Macron-un qarşısına qoyduğu əsas hədəflər ölkədə sərt əmək qaydalarını dəyişmək, dövlət sektorundakı on minlərlə iş yerini ixtisar etməkdir.

Mühafizəkar respublikaçıların 90-95 yerlə ikinci yeri tutacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG