Keçid linkləri

2017, 26 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:13

Dağlıq Qarabağda 3 separatçının öldürüldüyü bildirilir


Azərbaycan silahlı qüvvələri (arxiv fotosu)

İyunun 16-da Azərbaycan qüvvələrinin açdığı atəşdən Dağlıq Qarabağda cəbhə xəttində üç separatçı öldüyü bildirilir. Bu haqda separatçıların müdafiə nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan tərəf tank əleyhinə qumbaraatanlardan istifadə edib. Ölənlərin hamısının 20 yaşında olduğu qeyd olunur.

Buna da bax:​ Azərbaycan əsgəri həlak olub

Bir gün öncə Azərbaycan tərəfi də bir hərbçisinin də öldürüldüyünü xəbərləmişdi. Nazirlik vurğulayırdı ki, «Ermənistan silahlı bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Sultan Şahvələdov həlak olub».

Ötən ilin aprelində cəbhə xəttində baş verən dörd günlük toqquşmalarda azı 200 nəfərin həlak olduğu bildirilirdi. Rusiyanın vasitəçiliyi ilə yenidən atəşkəs rejimi təmin olundu.

Ancaq tərəflər mütəmadi olaraq bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Buna da bax: Həmsədrlər Yerevanda Qarabağ münaqişəsini müzakirə ediblər

Dağlıq Qarabağ rəsmən Azərbaycanın tərkibindədir, 1990-cı illərin əvvəllərində müharibə nəticəsində Ermənistanın dəstəklədiyi separatçılar nəzarəti ələ alıblar. Münaqişədə 30 min nəfərin öldüyü bildirilir.

Son 25 ildə münaqişənin tənzimlənməsi uğrunda diplomatik cəhdlər nəticəsiz qalıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG