Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:12

Londondakı yanğında ölənlərin sayı 30-a çatıb


Londonda 24 mərtəbəli binada yanğın

Şəhər polisi iyunun 16-da yeni rəqəm açıqlayıb bildirir ki, ölənlərin sayı 30-a çatıb. Ancaq hələ də yekun rəqəm söyləməkdə çətinlik çəkirlər, ölü sayı arta biləcəyini ehtimal edirlər.

Londonda iyunun 14-dəki yanğından sonra yaralananlardan 24 nəfəri hələ də xəstəxanadadır və onlardan 12 nəfərin vəziyyəti ağır olaraq qalır.

Polis yanğınla bağlı aradırma başladıb. Yanğının hardan, nə zaman və niyə baş verməsi araşdırılır.

Londondakı 24 mərtəbəli binada yanğın iyunun 14-də, səhərə yaxın baş verib. Alovun qarşısını almağa 200-dən çox yanğınsöndürən cəlb edilib. Həmin gün 74 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG