Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 07:48

Türkiyəli cangüdənlərin həbsinə order verildi


İyunun 15-də Vaşinqton polisi Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın mühafizə dəstəsinin 12 üzvünün həbsinə order verib.

Həmin cangüdənlər ötən ay – mayın 16-da Erdoğan-ın ABŞ-a səfəri zamanı Türkiyə səfirliyi qarşısında etiraz edənləri döyməkdə ittiham olunurlar.

ERDOĞAN-IN REAKSİYASI

Zorakı insidentdən sonra doqquz etirazçı həbsxanaya yerləşdirilmişdi, ABŞ Gizli Xidmətinin iki əməkdaşı və bir polis də xəsarət almışdı.

Həbs orderi 9 türkiyəli cangüdənə, üç türkiyəli polisə və iki kanadalıya qarşı çıxarılıb.

Ankarada çıxış edən Erdoğan bu qərarı pisləyib. «Bu nə qanundur belə?» – deyən Erdoğan siyasi və hüquqi metodlarla mübarizə aparılacağını bildirib.

Cangüdənlər Türkiyədə olduğundan, onlar Birləşmiş Ştatlara qayıtmağa cəhd etməyincə, hüquqi prosedurlarla üzləşəcəkləri real görünmür. Vaşinqton polisi deyib ki, Erdoğan-ı həbs etməyə əsas yoxdur. Belə ki, internetdə yayılmış videolarda onun əlbəyaxa toqquşmanı seyr etdiyi görünür.

«VAŞİNQTON İSTANBUL DEYİL»

«The Wall Street Journal» qəzeti order qərarını «yaxşı xəbər» adlandırır və onun, əslində, rəmzi olduğunu yazır. İttiham olunanların Türkiyəyə qayıtmasına baxmayaraq, qəzet bunu vacib bir siqnal sayır.

«Ola bilsin, bu insident Erdoğan xuliqanlarından ötrü adi bir şeydir, ancaq Birləşmiş Ştatlarda normal davranış sayılmır. Dinc etiraz Konstitusiya tərəfindən qorunur, buraya xarici dövlət başçılarına etirazlar da daxildir», – qəzet yazır.

«ABŞ-ın Türkiyə və aşırı həssas cənab Erdoğan-la vacib təhlükəsizlik maraqları var. Amma Vaşinqton polisi bu insident üzərindən parlaq bir cizgi çəkməkdə haqlıdır. Birləşmiş Ştatların xarici liderləri xoş qarşılaması təhlükəsizlik agentlərinin etirazçılara hücum etməsi anlamına gəlmir», – məqalədə vurğulanır.

Daha öncə Virciniyadan olan Sinan Narin-ə fiziki zorakılıq, Nyu-Cersidən Eyup Yıldırım-a isə fiziki zorakılıq və ağır bədən xəsarəti vurmaqla hücum ittihamları irəli sürülüb. Media hər iki şəxsin ötən aykı qarşıdurmada etirazçılar arasında olduğunu yazır.

SƏFİRİ NAZİRLİYƏ ÇAĞIRIBLAR

«The New York Times» qəzeti həmin insidentin video və fotolarını araşdıraraq, etirazçılara azı 24 nəfərin hücum etdiyini üzə çıxarıb.

Vaşinqton polisi həbsə order verəndən sonra Birləşmiş Ştatların Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağrılıb. Bu haqda «Anadolu» agentliyi xəbər yayıb.

Nazirliyin bəyanatında deyilir ki, Ankara səfirə həmin qərarın «yanlış» və «qəbuledilməz» olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG