Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 19:31

İyunun 19-da genişmiqyaslı hərbi təlimlər başlayacaq.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu təlimlər qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə keçiriləcək.

Xəbərə görə, təlimlərdə 23 min şəxsi heyət, 120-dək tank, zirehli texnika, 180-ə kimi müxtəlif çaplı raket və artilleriya qurğusu iştirak edəcək.

Bundan əlavə, təlimlərə reaktiv yaylım atəş sistemi, minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları da cəlb olunacaq.

Təlimlərin iyunun 24-nə kimi davam edəcəyi gözlənilir.

Bu ayın 12-dən 16-na kimi isə Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri keçirilib.

Bu təlimlərin isə qoşunlar arasında koordinasiyanın gücləndirməsinə və onların qabiliyyətinin artırılmasına xidmət etdiyi bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG