Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:46

Şiə məscidinə hücumda 4 nəfər ölüb


Əfqanıstanda terror. Foto arxiv

İyunun 15-də Əfqanıstanın paytaxtı Kabildə şiə məscidinə intiharçı hücumu olub, 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Kabil polisinin rəhbəri general Haqnawaz Haqyar Azad Əfqanıstan radiosuna bildirib ki, ölənlərdən üçü dinc şəxslər, biri polis komandiridir, yaralıların isə dördü polisdir.

Şübhəli intiharçı məscidə girmək istəyəndə polis qarşısını alıb və atışma başlayıb. Bundan sonra o, məscidin mətbəxinə qaçaraq üstündəki bombanı partladıb.

Hücuma görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.

Hücum Ramazan ayına görə məscidlərin dolu olduğu bir vaxta planlaşdırılıb.

«Al Zahra» məscidindən Kabilin şiə azlığı istifadə edir, əvvəllər də burada partlayışlar olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG