Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 19:21

Ankarada “Cümhuriyyət Xalq Partiyası”nın (CHP) deputatı Enis Bərbəroğlunun həbsinə etiraz olaraq aksiya keçirilir.

Aksiyada minlərlə adam iştirak edir.

Onlar əllərində “həbs edilmiş deputatlara ədalət” sözləri yazılmış plakatlar tutublar.

CHP-nın lideri Kemal Kilicdaroglu isə buna etiraz olaraq Ankaradan İstanbula 425 kilometrlik yürüş təşkil edib.

Bərbəroğlu dövlət sirrini mətbuata sızdırma ittihamı ilə 25 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, CHP hakim “Ədalət və inkişaf partiyası”dan sonra ölkədə ikinci böyük partiyadır.

Bərbəroğlu 2016-cı il 15 iyul qiyam cəhdindən sonra bu partiyadan həbs olunan ilk deputatıdır.

Amma bu müddət ərzində böyüklüyünə görə ölkədə 3-cü olan kürdpərəst “Xalq Demokrat Partiyası”nın onlarla deputatı həbs olunub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG