Keçid linkləri

2017, 24 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:05

Bu gün, iyunun 15-i Nəsimi rayon Məhkəməsində «Kanal 13» internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb.

Vəkili Elçin Sadıqovun bildirməsinə görə, məhkəmə vəsatəti təmin etməyib. E.Sadıqov vurğulayıb ki, bu qərardan apellyasiya şikayəti verəcəklər.

Onun digər vəkili Cavad Cavadov da bildirib ki, prosesdə Əziz Orucovun özü də iştirak edib:

«Əziz Orucov çıxışında bildirdi ki, ittihamlarla razılaşmır, ittihamların heç bir əsası yoxdur. Ölkə daxilində bütün bu prosesləri keçdikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutacağıq. Ancaq yenə də ümid edirəm ki, heç buna ehtiyac qalmayacaq, jurnalist tezliklə azadlığa buraxılacaq».

XATIRLATMA

«Kanal 13» internet televiziyasının icraçı direktoru Əziz Orucov mayın 2-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib.

İyunun 2-də isə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi Ə.Orucova cəzasının bitdiyi gün Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüb. Nəsimi rayon Məhkəməsinin qərarına görə, Ə.Orucov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir və həbsinin «Kanal 13» internet televiziyasının fəaliyyəti ilə bağlı olduğunu bildirir.

«Kanal 13» 2008-ci il oktyabrın 10-dan yayımlanırdı.

Ə.Orucovun həbsindən sonra «Kanal 13» internet televiziyasının Bakıdakı ofisində axtarış aparılıb, kompüterlər götürülüb.

Müdafiə tərəfi bəyan edib ki, bununla internet televiziyasının fəaliyyətinin qarşısı alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG