Keçid linkləri

2017, 29 İyun, Cümə axşamı, Bakı vaxtı 05:52

Rüfət Səfərovun kassasiya şikayətinə baxılacaq


İyunun 20-si Azərbaycan Ali Məhkəməsi hakim Gülzar Rzayevanın sədrliyi ilə Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun kassasiya şikayətinə baxacaq. Bu barədə vəkil Bəhruz Bayramov bildirib.

«Həm Rüfət Səfərov, həm də mən məhkəmədə Rüfət Səfərovun iştirakının təmin edilməsi üçün müraciət etmişik. Biz məhkəmədən cinayət işinə xitam və Rüfət Səfərova bəraət verməsini xahiş etmişik», - Bayramov vurğulayıb.

R.Səfərov keçmiş deputat, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. 2015-ci ilin dekabrında R.Səfərov hüquq-mühafizə orqanlarının işi ilə bağlı hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov prokurorluq işçisinə yaraşmayan hərəkətə görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.

2016-cı il dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun apellyasiya şikayətini təmin etməyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG