Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:09

Zəhərlənən daha 5 uşaq evə buraxılıb


136 uşağı zəhərləyən, böyük ehtimalla, sudur
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

136 uşağı zəhərləyən, böyük ehtimalla, sudur

««Rotavirus»a yoluxan daha 5 uşaq iyunun 15-də evə buraxılıb. Bizim hesablamalara görə, iyunun 16-sı, 17-si indi müalicə alan 12 uşaq da evə buraxılmalıdır».

Bunu Sumqayıt Şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli bildirib.

Baş həkim deyir ki, qalan xəstələr heç də «Rotavirus»dan müalicə almırlar:

««Rotavirus»la daxil olub. Məlum olub ki, qanazlığı var. İndi bundan müalicə olunurlar».

Baş həkim vurğulayıb ki, iyunun 13-ü axşamdan «Rotavirus»a yoluxma ilə bağlı xəstəxanaya müraciət edən olmayıb:

«Bu mənada demək olar ki, proses başa çatıb. Dediyim kimi, qalan uşaqlar da tezliklə evə buraxılacaqlar».

Səhiyyə Nazirliyinin bildirməsinə görə, Sumqayıt şəhərində zəhərlənən uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə «Rotavirus» infeksiyası aşkar edilib.

«Rotavirus» özünü qızdırma, qusma ilə büruzə verir. Bu simptomlar 48 saatdan az davam edir. Qusma, ishal südəmər uşaqlarda bədəndə suyun azalmasına gətirib çıxarır. İmmuniteti zəif olan insanlarda xəstəlik uzunmüddətli və ağır olur. Bu xəstəlik 5-10 gün müddətində davam edir.

İyunun 9-u, 10-u Tağıyev və Ceyranbatan qəsəbələrindən 119 uşağın zəhərlənmə əlaməti ilə Sumqayıtdakı xəstəxanaya gətirildiyi bildirilir. Uşaqlardan bir hissəsi ilkin müdaxilədən sonra evə buraxılıb. 60-a yaxını isə xəstəxanaya yerləşdirilib. Sonradan bəlli olub ki, bəzi zəhərlənən uşaqlar evdə müalicə olunublar.

Səhiyyə Nazirliyi və valideynlər infeksiyanın sudan düşdüyünü təxmin edirdilər. Ancaq «Azərsu» ASC sudan nümunələr götürüldüyünü və bu deyilənlərin təsdiqlənmədiyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG