Keçid linkləri

2017, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:19

Londondakı yanğında 12 nəfər ölüb


Londonun qərbində yaşayış binasındakı yanğında 12 nəfər ölüb. Bunu Londonun polis komandiri Stuart Cundy iyunun 14-də deyib.

Yanğınsöndürmə xidməti 65 nəfərin xilas edildiyini bildirib.

Şəhərin meri Sadiq Khan sakinlərin çoxundan xəbər olmadığını vurğulayıb.

İyunun 14-də gecə baş vermiş yanğının söndürülməsinə bir neçə saat sərf olunub.

London Təcili Yardım Xidməti 70-dən çox adamın xəstəxanaya yerləşdirildiyini, 20-nin ağır durumda olduğunu bildirib.

Yanğının səbəbi bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG