Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:42

Bu gün, iyunun 15-i Azərbaycanda Milli Qurtuluş günü kimi qeyd edilir. Bu tarix 1993-cü il iyunun 15-də keçmiş mərhum prezident Heydər Əliyevin parlamentin sədri seçilməsi və ya hakimiyyətə qayıtması ilə bağlıdır.

1993-cü ilin iyununda Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi il 709 saylı hərbi hissə hakimiyyətə itaətsizlik göstərdi. İyunun 4-də bir sıra dövlət rəsmiləri girov götürüldü. Bundan sonra prezident Əbülfəz Elçibəy Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçilsə də, polkovnik Sürət Hüseynovun Gəncədə nəzarəti ələ keçirən silahlı qüvvələri Bakıya doğru irəliləməyə davam edirdi. İyunun 17-dən 18-nə keçən gecə prezident Ə.Elçibəy Bakını tərk edərək doğulduğu Ordubad rayonun Kələki kəndinə üz tutdu. Ancaq o, istefa vermədi. Əvəzində Azərbaycan Milli Məclisi ona etimadsızlığını bildirdi. İyunun 24-də Milli Məclisin qərarı ilə onun səlahiyyətlərinə son verildi.

Prezident səlahiyyəti Milli Məclisin sədri H.Əliyevə keçdi.

1993-cü il oktyabrın 3-də isə Azərbaycanda prezident seçkisi keçirildi və H.Əliyev qələbə qazandı. Polkovnik S.Hüseynov isə dövlət başçısı Heydər Əliyevin əmri ilə baş nazir təyin edildi.

Qurtuluş gününə Azərbaycanda ikili münasibət var. Hakimiyyəti müdafiə edən adamlar hesab edirlər ki, H.Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alaraq ölkəyə sabitlik gətirib.

Mərhum prezident Ə.Elçibəyin tərəfdarları olan indiki müxalifət isə bildirir ki, H.Əliyev həmin hadisələrdə qiyamçı polkovnik S.Hüseynovla birləşib. Bunun ardınca ölkənin 6 rayonu işğal edilib, bütün demokratik institutlar sıradan çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG