Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

‘Moodys’ 4 Azərbaycan bankının reytinqini saldı


Reytinqi aşağı salınan banklar "Xalq Bank", "Bank Respublika", "VTB Bank" və "Bank of Baku"dur.

“Moodys” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın 4 bankının reytinqini aşağı salıb.

Bu haqda agentliyin press-relizində bildirilir.

Reytinqi aşağı salınan banklar "Xalq Bank", "Bank Respublika", "VTB Bank""Bank of Baku"dur.

Buna da bax:​ Palata kreditorların restrukturizasiya planını dəstəkləyəcəyinə inanır

Press-relizdə deyilir ki, "Xalq Bank"ın kredit reytinqi B3-dən aşağı salınıb. Bankın uzunmüddətli depozit reytinqi isə B2-dən (əsaslı kredit riski) daha aşağı, B3-ə (yüksək kredit riski) endirilib.

"Bank Respublika"nın həm kredit reytinqi, həm də uzunmüddətli depozit reytinqi B2-dən B3-ə endirilib.

“Bank of Baku”nun kredit reytinqləri də endirilib.

"VTB Bank"ın kredit reytinqi caa1-dən caa3-ə (çox yüksək kredit riski), uzunmüddətli depozit reytinqi isə B2-dən daha aşağı, B3-ə endirilib.

Buna da bax:​ Beynəlxalq Bankın reytinqi yenə salına bilər

Hazırda Azərbaycanda 32 bank var. Onlardan biri Azərbaycan Beynəlxalq Bankı xarici öhdəlikləri yerinə yetirməkdən imtina edib. Daha 4 bank problemlərə görə, nəzarətə götürülüb. Ötən il isə ölkədə 11 bank bağlanıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG