Keçid linkləri

2017, 24 İyun, şənbə, Bakı vaxtı 09:26

Sevinc Vaqifqızı da prokurorluqda dindirilib


Jurnalist Sevinc Vaqifqızı (sağda) və vəkil Şəhla Hümbətova. 14iyun2017

Bu gün, iyunun14-ü jurnalist Sevinc Vaqifqızı da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilib.

Bu haqda onun vəkili Şəhla Hümbətova AzadlıqRadiosu-na bildirib.

Vəkilin bildirdiyinə görə, S.Vaqifqızını həbsdəki jurnalist Əfqan Muxtarlının işi üzrə dindiriblər.

Vəkil dindirmənin detalları haqda bilgi verməyib. Əlavə edib ki, istintaqın başqa sualları olarsa, jurnalisti yenə çağıracaqlar.

Buna da bax:​ Şahvələd Çobanoğlu prokurorluqda dindirilib

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da Əfqan Muxtarlının işi üzrə Baş Prokurorluğa çağırılıb.

İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə verməkdən ötrü Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində olmalıdır.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Buna da bax: İsa Qəmbər və Müsavat rəhbərliyi də prokurorluğa çağırılıb

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Buna da bax:​ ‘Gözəl Bayramlının həbsi qurulmuş tamaşadır’ [şərhlər]

İyunun 14-ü jurnalist Şahvələd Çobanoğlu da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilib. Ona isə suallar həbsdə olan AXCP sədrinin müavini Gözəl Bayramlı ilə bağlı verilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG