Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 18:03

Keçmiş Rumınya prezidenti 15 il azadlıqdan məhrum oluna bilər


Ion Iliescu

Keçmiş kommunist rejimindən sonra ilk Rumınya prezidenti olan İon İliesku indi insanlığa qarşı cinayət işlətməkdə ittiham olunur.

Buna görə o, 15 il həbs cəzasına məhkum edilə bilər.

Həmçinin keçmiş baş nazir Petre Roman, Rumınya kəşfiyyatının direktoru Virgil Vagureanu və bir sıra keçmiş yüksək vəsifəli məmur eyni ittihamla üzləşib.

Qeyd edək ki, 1990-cı ilin fevral və iyun aylarında sağçı siyasi qruplar və tələbə fəalları paytaxt Buxarestin mərkəzində düşərgə salaraq keçmiş kommunistlərin istefasını tələb elədilər.

İndi həmin hadisələrdən düz 27 il ötür.

Azadlıq Radiosu Moldova xodmətinin məlumatına görə prezident İliesku həmin vaxt tələbə nümayişini dağıtmaq üçün şaxtaçıları paytaxta çağırıb, baş nazir Petre Roman hökuməti onların Buxarestə gəlməsi üçün qatar göndərib.

Sonda etiraz aksiyası iyunun 13-15 arası boğuldu, paytaxta gələn minlərlə şaxtaçı müxalifətçilərə hücum elədi, onların partiya büroları və qəzet redaksiyasını dağıtdılar.

Həmin vaxt şaxtaçılarla baş verən toqquşmalarada 4 nəfər öldü, onlarla adam xəsarət aldı, 1000-dən çox adam həbs edildi.

İliesku 1989-cu ildə Rumınya Kommunist partiyasının baş katibi və prezident Nicolae Ceaușescu-yə qarşı başlanan xalq hərəkatına başçılıq edib.

Onun devrilməsindən sonra milli xilas cəbhəsi yaradıb, 1990-1996-cı illərdə Rumınya prezidenti olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG