Keçid linkləri

2017, 24 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:05

Tillerson Moskva ilə hələ ki, "açıq kanallar" olduğunu deyir


Rex Tillerson

ABŞ Dövlət katibi Rex Tillerson Vaşinqtonla Moskva araasında münasibətlərin pisləşməkdə davam etdiyini deyir.

AzadlıqRadiosunun məlumatına görə, Tillerson deyib ki, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi Moskva ilə əlaqə kanallarını kəsə bilər.

O hazırda danışmaq üçün Vaşinqtonla Moskva arasında “açıq kanallar” olduğunu bildirib.

Dövlət katibi bunu çərşənbə axşamı Senatın beynəlxalq münasibətlər üzrə komitəsində deyib.

“Biz sankisyaları Rusiyanın terrorçuluqla mübarizədə və Suriya münaqişəsinin həllində bizimlə nə qədər məshuldar əməkdaşlıq etməsi ilə bağlamaq istərdik”, Tillerson vurğulayıb.

Qeyd edək ki, ABŞ senatorları bundan bir gün əvvəl Rusiyaya qarşı sanksiyaları genişləndirmək razılığına gəliblər.

Hər iki partiyadan olan senatorlar prezident Donald Trump-ı bunu veto ilə hədələməməyə çağırıblar.

Kreml bundan əvvəl yeni sanksiyalara qarşı müvafiq cavab tədbirləri görülə biləcəyini xəbərdarlıq eləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG