Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 19:35

İspaniya prokurorluğu məhkəməyə Cristiano Ronaldo ilə bağlı iddia ərizəsi göndərib.

Futbolçu təxminən 15 milyon avroluq vergidən yayınmaqda ittiham olunur.

Hakim dairələrin məlumatına görə, o, İspaniyadakı qazancını gizlətmək üçün 2010-cu ildə korporativ struktur yaradıb.

Almaniyanın “Spigel” nəşrinin yazdığına görə, “Real”ın hücumçusu Ronaldo Britaniyanın Vircin adaları və İsveçrədəki ofşorlarla pul çıxarıb, bu sxemi isə onun agenti yaradıb.

Futbolçunun nümayəndəsi hələlik məsələni şərh etməyib.

Dünyanın ən çox qazanan futbolçularından olan Ronaldo bu il mayın sonlarında vergi qalmaqalı ilə üzləşib.

Mətbuat onda yazırdı ki, futbolçu məhkəmədən qaçmaq üçün İspaniya qanunlarını pozduğuna görə könüllü 6 milyon avro kompensasiya ödəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG