Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:44

Erdogan Qətərin blokadaya alınmasını "edam qərarı" ilə müqaisə edib (Video)


Türkiyə prezidenti Tayyip Erdogan və Qətərin xarici işlər naziri Shaikh Khalid bin Ahmed bin Mohammed Al Khalifa

Türkiyə prezidenti Racep Tayyip Erdogan Qətərin siyasi və iqtisadi blokadasını qeyri-hümanist addım adlandırıb.

O, bu qərarı “edam hökmü” ilə müqaisə edib.

Erdogan Qətərin terrora dəstək vermədiyini, əksinə bölgədə terror və “İslam dövləti” qrupuna qarşı Türkiyə ilə birlikdə mübarizə apardığını deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və bir sıra ərəb ölkələri iyunun 5-də Qətərlə diplomatik münasibətlər, habelə onunla dəniz, quru və hava nəqliyyatı əlaqələrini kəsib.

Onlar Dohanı terrorçuluğu dəstəkləməkdə günahlandırır.

Qətər ittihamı rədd edir.

Qeyd edək ki, Türkiyənin Qətərdə hərbi bazası var.

Bu iki ölkə arasında yaxın münasibətlər mövcuddur.

İran da bu məsələdə Qətərin tərəfdarıdır və artıq bu ölkəyə təyyarə və gəmilərlə ərzaq məhsulları göndərməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG