Keçid linkləri

2017, 26 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:03

Moldovanın hakim partiyası Rusiya telekanallarının təbliğatını dayandırmaq istəyir


Vlad Plahotniuc

Moldovanın Demokrat partiyası Rusiya təbliğatı ilə mübarizə aparmaq üçün qanun layihəsi hazırlayıb.

İnterfaksın məlumatına görə, sənəddə Rusiyanın informasiya, siyasi-analitik və hərbi proqramlarının ölkə ərazisində yayımlanmasının qadağan edilməsi nəzərdə tutulur.

Hakim Demokrat partiyasının nümayəndəsi Vlad Plaxotnoy-un (Vlad Plahotniuc) sözlərinə görə, hakimiyyət üzərinə siyasi məsuliyyət götürərək xarici televiziya kanallarının təbliğatını qadağan etməlidir.

Moldovanın rusiyapərəst prezidenti İqor Dodon isə bütün mümkün vasitələrlə buna qarşı çıxacağını bildirib.

“Biz bütün vasitələrlə bu qanun layihəsinin qarşısını alacağıq. Əgər hakim partiyanın xoşuna gəlmirsə, onda qoy prezidentə impicment məsələsi ilə bağlı referenduma getsin.Onlara demək istəyirəm ki, bu keçməyəcək”,Dodon vurğulayıb.

Qeyd edək ki, Moldova bundan əvvəl bir neçə Rusiya diplomatını ölkədən çıxarıb.

Rusiya öz növbəsində buna müvafiq cavab verib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG