Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:52

Palitkovskayanın qətlinə görə ömürlük cəza çəkən həbsxanada öldü


Lom-Ali Gaitukayev

Jurnalist Anna Politkovskayanın qətlinə görə ömürlük həbs cəzası çəkən Lom Əli Qaytukayev həbsxanada ölüb.

Bu barədə “ Qavkazskiy uzel” onun qohumlarına istinadla xəbər verir.

Portalın yazdığına görə, oiyunun 10-da ölüb.

Amma ölümünün səbəbi açıqlanmır.

Rusiyanın penitensiar xidməti məlumatı təsdiqləyib.

Qaydukayevin qohumu jurnalistlərə əmisinin həbsxanada döyüldüyünü bildirib.

Müdafiə tərəfi cinayət işi açılmasını tələb edir.

Vəkili Elena Xarionovskaya isə 2015-ci ildə Qaydukayevə “ciyər serrozu” diaqnozu qoyulduğunu deyir.

Onun sözlərinə görə, müdafiə tərəfi bundan sonra onun azadlığa buraxılması barədə ərizə hazırlayıbmış.

Anna Politkovskaya 2006-cı ildə evinin liftində öldürülüb.

Lom Əli Qaydukayev və keçmiş polis Sergei Hacıqurbanov cinayətin təşkilində təqsirli biliniblər.

Həmçinin Rüstəm,İbrahim və Cəbrayıl Mahmudovlar, habelə keçmiş polis əməkdaşı Dimitri Pavlyuçenkov bu işlə bağlı mühakimə olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG