Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 18:03

Prezident müsəlman ölkələrinin səfirləri ilə görüşüb


İ.Əliyev

İyunun 13-də prezident İlham Əliyev Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Prezident İslam aləmində müqəddəs ay sayılan Ramazan münasibətilə səfirləri təbrik edib. O, Qarabağ münaqişəsinə də toxunub:

«Ermənistan Azərbaycanın torpaqlarının bir hissəsini uzun illərdir ki, işğal altında saxlayır. Bütün beynəlxalq normaları kobudcasına pozur, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə biganə qalır. İşğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimizi məhv edib və bunu təsdiqləyən bir çox sənədlər, videomateriallar var. Ermənistanın işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır».

İ.Əliyev deyib ki, 2017-ci il Azərbaycanda «İslam Həmrəyliyi İli» elan edilib:

«Bu il, eyni zamanda, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirildi. Təmsil etdiyiniz ölkələrin idmançıları Azərbaycanda bu Oyunlarda iştirak edirdilər. İslam Həmrəyliyi Oyunları sadəcə idman yarışı deyil. Biz istəyirdik ki, bu Oyunlar İslam aləmini birləşdirsin».

Qafqaz Müsəlmanları İdarəsinin fətvasında bu il Ramazan ayının miladi təqvimi ilə mayın 27-də başladığı açıqlanıb. Ramazan ayının iyunun 25-də başa çatacağı, bir gün sonra bayram ediləcəyi bildirilir. Bu ay mömin müsəlmanlar oruc tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG