Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 22:47

Baş həkim: 'Daha 16-18 uşaq evə buraxılacaq'


«Hazırda Sumqayıt Şəhər Uşaq Xəstəxanasında uşaqların müalicə və müayinəsi davam edir, proses nəzarət altına alınıb».

Bunu Sumqayıt Şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli bildirib. Onun deməsinə görə, artıq xəstələrin durumu sabitləşib, müraciət dinamikasında ciddi azalma var:

«Əgər iyunun 9-u, 10-u müraciət edənlər sayca çox idisə, iyunun 12-də cəmi iki müraciət olub. Bu gün, iyunun 13-nə 16-18 nəfərin evə buraxılmasını nəzərə tuturuq. Bu şəxslər buraxıldıqdan sonra təqribən 30-32 xəstəmiz qalacaq. Yaxın günlərdə onları da evə buraxacağıq. Əsas odur ki, ağırlaşma halları yoxdur, uşaqlar özlərini yaxşı hiss edirlər».

Səhiyyə Nazirliyi dünən, iyunun 12-si uşaqların «Rotavirus» infeksiyasına yoluxduğunu açıqlayıb. Xəstəliyin əsas əlaməti baş ağrısı, ürəkbulanma və ishaldır.

M.Məmmədli deyib ki, ümumiyyətlə, may ayından etibarən bu virusda da aktivlik başlanır. Münbit şərait yaranana kimi bu davam edir.

M.Məmmədli vurğulayıb ki, hansı uşağın orqanizmi zəifdirsə, ilk növbədə virus onu tapır.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev də deyib ki, xəstəliyin sudan keçməsi ehtimalı böyükdür:

«Amma bu virus suya necə düşüb, bunun təhqiqi ayrı məsələdir və bununla mütəxəssislər məşğul olmalıdır».

XATIRLATMA

İyunun 9-u, 10-u Tağıyev və Ceyranbatan qəsəbələrindən 119 uşağın zəhərlənmə əlaməti ilə Sumqayıtdakı xəstəxanaya gətirildiyi bildirilir. Onların bir hissəsi ilkin müdaxilədən sonra evə buraxılıb, təqribən 60-ı xəstəxanaya yerləşdirilib. Yerli sakinlərin deməsinə görə, zəhərlənən bəzi uşaqlar isə həkim nəzarəti altında evdə müalicə alıb.

Valideynlər və Səhiyyə Nazirliyi infeksiyanın sudan düşdüyünü təxmin edirdilər. Ancaq «Azərsu» ASC bundan əvvəl sudan nümunələr götürüldüyünü və bu deyilənlərin təsdiqlənmədiyini bəyan etmişdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG