-
Egey dənizində 6.3 bal gücündə zəlzələ olub. Zəlzələ İstanbul, İzmir, Bursa, Çanakkale və Tekirdağda hiss edilib.
Hələlik itki olub-olmaması barədə məlumat yoxdur.
Türkiyə seysmik cəhətdən fəal zona hesab olunur. Sonuncu güclü zəlzələ 2011-ci ildə Vanda olub. 7.2 bal gücündəki bu zəlzələ nəticəsində 600-dən çox adam ölmüşdü. 1999-cü ildə ölkənin şimalındakı güclü zəlzələdəsə 20 min adamın öldüyü bildirilir.