Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:28

İyunun 12-də İran futbol yığması Tehranda Özbəkistan futbolçularını qəbul edəcək. İran gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına düşəcəyinə ümid edir.

Qarşılaşma «Azadi» stadionunda, 100 min azarkeş qarşısında keçiriləcək.

İran yığmasının çalışdırıcısı «Real Madrid» klubunun və Portuqaliya yığmasının keçmiş məşqçisi Carlos Queiroz-dur. Komanda A qrupunda ilk yeddi təsnifat oyununda uduzmayıb.

«Bilirik ki, görüləsi iş qalıb, ancaq yaxşı mövqedə olmaqdan ötrü çox çalışmışıq. Adətən, digər böyük Asiya ölkələrinin gördüyü hazırlığı görmürük, yenidən Dünya Kubokuna keçmək böyük uğur olardı», – Queiroz «The Associated Press» agentliyinə deyib.

O, Özbəkistanla qarşılaşmanın asan olmayacağını da sözlərinə əlavə edib.

Özbəkistan hazırda A qrupunda 3-cü yerdədir və İranı udarsa, şansları yüksəlir.

Qrupda ilk iki yeri tutan komanda Dünya Kubokuna gedir, üçüncü yerləri tutanlar isə pley-off mərhələsinə keçirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG