Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 12:54

Rusiyada avtobus qəzasında azı 10 nəfər ölüb


Qəza. Foto arxiv

Rusiyanın İrkutsk və Çita şəhərləri arasındakı magistral yolda avtobus qəzasında azı 10 nəfər həlak olub.

Fövqəladə Hallar Nazirliyinin iyunun 12-də bildirməsinə görə, qəzada azı 20 nəfər xəsarət alıb.

Hadisə iyunun 11-də gecəyarısı baş verib. TASS xəbər agentliyi ölənləri 11, xəsarət alanların 40 nəfər olduğunu bildirir. Avtobusun aşdığı qeyd olunur.

Rəsmi məlumata görə, avtobusda 51 nəfər olub. Pravoslav zəvvarlar monastıra ziyarətdən qayıdırmışlar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG