Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:34

ABŞ prezidenti Donald Trump-unyaxın aylarda Böyük Britaniyaya nəzərdə tutulan səfəri qeyri-müəyyən vaxtadək təxirə salına bilər.

Bunu “The Guardian” Böyük Britaniyanın baş naziri Theresa Mayın ofisindəki mənbələrə istinadla yazır.

Onların sözlərinə görə ABŞ prezidenti Donald Trump bu yaxınlarda baş nazirlə telefon söhbətlərindən birində deyib ki, Londona yalnız onun səfərinin kütləvi etirazlara səbəb olmayacağına əmin olduqdan sonra gedə bilər.

Theresa May-in nümayəndəsi isə “The Guardian”ın yazdıqlarını şərh edərkən, Britaniyanın Trump-ı qəbul etmək planlarında elə bir dəyişiklik olmadığını deyib.

O, Trump-la May-in telefon söhbətinə aydınlıq gətirməkdən imtina edib.

Theresa May yanvarda kraliçanın adından Donald Trump-ı Böyük Britaniyaya rəsmi səfərə dəvət edib.

Bu dəvət Britaniya cəmiyyətində birmənalı qarşılanmayıb.

Bir sıra siyasətçilər və ictimai xadmilər birbaşa bu səfəri arzuolunmaz adlandırıb və buna etiraz edəcəklərini deyiblər.

Onlar Trump-ı xüsusilə qadınlar və cinsi azlıqları təhqir etməkdə ittiham edirlər.

Ağ ev son məlumata hələ ki, münasibət bildirməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG