Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:59

IZ-Ortaçağ Bakısı necə olub? (Qədim Bakı bakılı memarın gözüylə)


İçərişəhər
İçərişəhər

“XVII əsrdə yanlışlıqla «Bazar meydanı» adlanan tikili Zərdüştilik dönəmindən qalıb. Bu tikili 1964-cü ildə sökülən binanın təməlləri altından üzə çıxıb. Açıq tağlardan oluşan tikili cənuba – Qız Qalasına üz tutub. Geniş həyət 3 yandan səkkizüzlü daş sütunlara söykənmiş tağlarla dövrələnib. Əvvəlcə - bu tikilinin çox da önəmli olmayan bölümü üzə çıxarılarkən, alimlər rus mühəndislərin 1807-ci ildə tərtib etdiyi plana dayanaraq, onu 17-ci yüzildənqalma bazar sanmışdılar. Ancaq qazıntılar göstərdi ki, tikilinin bütün həyəti qəbirlərlə doludur. Sınıb-tökülən sümüklərdən ibarət qəbirlər qalereyada da tapılıb. Bu qəbirlərdə yüksəkrütbəli dini simaların basdırılması istisna deyil. İki, üç və daha çox skeletlərin basdırıldığı qəbirlərə də rast gəlmək olur... Arxeoloji qazıntı sonucları üzə çıxarılan tikilinin qədimdə mərasim –ayin yeri olduğunu göstərir... Belə düşünmək olar ki, ərazidəki abidələrin hamısı – sümüklərdən ibarət mərasim yeri, atəşgah, məbəd və Qız Qalasının özü qarşılıqlı bağlıdır və ərazi başdan-başa tapınaqdır”

AzadlıqRadiosunun İz proqramı bu sayında qədim Bakıdan – şəhər içində şəhər İçərişəhərdən söz açır.

“Bakı. Şəhərin memarlıq abidələrinin qısa tarixi oçerki” adlı kitabın müəllifi Azərbaycanın tanınmış memarı, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının üzvü Rüfət Acalov bu “İZ”ə bələdçilik edir.

-Ortaçağ Bakısı necə olub?

-O dövrün Bakısında hansı memar və xəttatlar, şəhərsalma ustaları iz buraxıblar?

-Qapalı təsir bağışlayan İçərişəhər dış dünyayla – xarici ölkə və şəhərlərlə necə bağlanırmış?

-XVIII əsrdə rus generalı Matyuşkinin top atəşləri Bakı abidələrində hansı dağıntılara yol açıb?

-Sonrakı bərpa abidələrin özəlliyini, milli üslubunu nə dərəcədə saxlayıb?

-İçərişəhərdəki “Bazar meydanı”, əslində nə imiş?

-Yeni tikililər İçərişəhərin dalan və döngələrini necə “udub”?

-İçərişəhərin insanı sərinlədən dam-daşları, Məmmədəlinin kababxanası, quşbaz və çəkməçiləri necə qeybə çəkilib?

-Arxeoloqlar Qoşa Qala Qapısının yanında nə tapıblar?

-Və nəhayət, Qız Qalasının tarixini ən yaxşı kim bilir?

Bu və başqa suallara yarım saat boyunca memar Rüfət Acalovla cavab aranacaq.

Iyunun 11-də saat 23-də.

Bu İz-i itirməyin.

Gözlə

No media source currently available

0:00 0:29:58 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG