Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:48

İyunun 12-siBakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ancaq səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 17-22, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdar edirki, iyunun 12-dən 13-ü gündüzə kimi bəzi rayonlarda havaqeyri-sabit keçəcək. Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdədolu düşəcəyi, çaylarda sululuğun artacağı təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG